backPage

Test

Məxfilik Siyasəti & Privacy Policy


Son yenilənmə tarixi: 20.10.2021

• Giriş

Gamebuy.az olaraq məxfiliyinizə və məlumatlarınızın təhlükəsizliyinə dəyər veririk. Bu səbəbdən bu məxfilik siyasətini, nə məlumat topladığımız, məlumat toplama məqsədləri və məlumatlarınıza dair hüquqlarınız haqqında məlumatlandırmaq üçün hazırlamışıq.

Bu Məxfilik Siyasəti yalnız https://gamebuy.az ("veb saytımız") üçün etibarlıdır. Bu Məxfilik Siyasətini qəbul etməsəniz, veb saytımızdan istifadə etməməlisiniz.

• Digər veb saytlara bağlantılar

Veb saytımızın məzmununda üçüncü veb saytlara bağlantılar (link) ola bilər və Məxfilik Siyasəti bu veb saytlara şamil olunmur. Bu veb saytlar üçün heç bir məsuliyyət daşımırıq. Məlumatlarınızı üçüncü veb saytlarla bölüşməzdən əvvəl onların məxfilik siyasətlərini oxumalısınız.

• Topladığımız məlumatlar

Veb saytımıza daxil olanda bizə ad, soyad, istifadəçi adı və e-poçt adresiniz kimi birbaşa məlumatlar təqdim edirsiniz.
Veb saytımıza üzv olanda IP ünvanınızı toplayırıq.

• Topladığımız məlumatları necə istifadə edirik?

Sizə xəbərlər göndərmək, istifadəçi hesabınızı yaratmaq və saxlamaq üçün birbaşa təqdim etdiyiniz məlumatlardan istifadə edirik. Bu istifadənin hüquqi əsası sizin razılığınız, müqavilənin qurulması və icrasıdır.
IP adresiniz cinayətlərə qarşı mübarizə haqqında qanuni öhdəliyimizi yerinə yetirmək üçün toplanır və saxlanılır.

• Məlumatlarınız nə vaxta kimi bizdə saxlanılır?

Bir üzv olaraq veb saytımızda qeydiyyat keçdikdən sonra saytdan istifadə etdiyiniz müddətdə məlumatlar saxlanılır.

• Məlumatlarınızı bölüşmək

Rəsmi orqanlardan və məhkəmədən qanuni öhdəliklərimizi yerinə yetirmək üçün məcburi tələblərə cavab vermək istisna olmaqla, məlumatlarınızı üçüncü tərəfə bölüşmürük.

• Məlumatlarınızı silmək

Əgər istifadəçi məlumatlarınızı bizim platformadan silmək istəyirsinizsə [email protected] ünvanına Hesab nömrənizi, E-mail və əlaqə nömrənizi qeyd edib göndərin. Müraciətinizə 3 iş günü ərzində baxılacaq və sizinlə əlaqə saxlanılacaq. Təsdiqlədiyiniz təqdirdə hesabınız tam şəkildə bizim platformadan silinəcək.

• Cookies

Cookies, seçimlərinizi və hərəkətlərinizi tanıyıb veb saytı sizin üçün daha əlverişli formada hazırlamağımız üçün istifadə olunur.